Respublika Kinematoqrafçılar İttifaqı “Qızıl Pillə” adlı Milli Kinofestival təsis edib

12:45 - 21 May 2019 - Mədəniyyət

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yeni, Milli Kinofestival təsis edib.

İttifaqın Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Ucnoqta.az-a bildirib ki, “Qızıl Pillə” adlanan Milli Kinovestivalı keçirməkdə məqsəd Azərbaycanda milli kino sənətinin inkişafına dəstək, kinematoqrafiyada peşəkar səviyyənin qorunub saxlanılması və bu sahədə çalışan kinematoqrafçıları həvəsləndirməkdir.

Qurum sözçüsü daha sonra qeyd edib ki, iki ildən bir, noyabr ayında, Bakı şəhərində keçiriləcək festivalda, son iki il ərzində Azərbaycanda istehsal olunmuş bədii və sənədli filmlər iştirak edəcək. Həmçinin, kinofestivalda bir çox nominasiyalar və xüsusi mükafatlar təqdim ediləcək.

Müsabiqənin şərtləri haqda ətraflı məlumatı İttifaqın saytından (Arki.az) əldə edə bilərlər.

Xəbər xətti