Maliyyə Nazirliyi problemli kreditlərin həlli ilə bağlı işini yekunlaşdırmağa hazırlaşır

11:56 - 21 May 2019 - Xəbər

Maliyyə Nazirliyi bu ayın sonuna qədər problemli kreditlərin həlli ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirəcək.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazir Samir Şərifov bildirib.

“Maliyyə Bazarlarına Nəzarət Palatasının sifarişləri əsasında lazım olan məbləğ bank hesablarına köçürülüb. Bu işlər yəgin ki, mayın 28-nə qədər başa çatdırılacaq”, - nazir qeyd edib. 

Xəbər xətti