Helikopter qəzaya uğradı: 3 yaralı

11:34 - 21 May 2019 - HADİSƏ

Avstraliyanın şimalında göyərtəsində 3 nəfərin olduğu helikopter qəzaya uğrayıb. Ucnoqta.az “TASS”a istinadən xəbər verir ki, bu barədə mayın 21-i “9News” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, insident yerli saatla 10.00-da “Kakadu” milli parkın ərazisində qeydə alınıb. Qəza zamanı göyərtədə iki park əməkdaşı və pilot olub. Onlar xəsarət alıblar və hadisə yerindən təxliyə edilərək xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, qəzaya uğramış helikopterdə olan park əməkdaşları vəhşi heyvanların ovu ilə məşğul olublar. Həkimlər yaralıların vəziyyətinin normal olduğunu deyib.

 

Namiq

Xəbər xətti