Qırmızıdan keçən qadın sürücü piyadalara çırpıldı: 13 yaralı

11:08 - 21 May 2019 - HADİSƏ

Çində qırmızı işıqdan keçən sürücü avtomobili ilə piyadaları vurub. Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident mayın 21-i səhər saatlarında Quandun əyalətinin Quançjou şəhərində qeydə alınıb.

Yerli polisin verdiyi məlumata görə, avtomobil ilə işıqforun qırmızı işığından keçən sürücü əvvəlcə piyadaları vurub sonra da 2 nəqliyyat vasitəsinə çırpılıb.

Polisin bildirdiyinə görə, hadisə nəticəsində ikisi ağır olmaqla 13 nəfər xəsarət alıb.

Qəzanı 45 yaşlı qadının törətdiyi məlum olub və o həbs edilib.

Polis hadisənin baş vermə səbəbini araşdırır.

 

Namiq

Xəbər xətti