Rusiyada azərbaycanlı “07” ilə “avtoşluq” etdi, qəzaya düşdü – VİDEO

10:40 - 21 May 2019 - HADİSƏ

Rusiyada azərbaycanlıların olduğu avtomobil karvanındakı maşınlardan biri qəzaya uğrayıb. Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, hadisənin görüntüsü sosial şəbəkədə yayımlanıb.

Videodan görünür ki, üzərində Azərbaycan bayrağı olan “VAZ-2107” markalı avtomobilin sürücüsü avtoşluq etmək istəyən zaman idarəetməni itirib və qarşıdan gələn avtomobillə toqquşub.  Hadisənin dəqiq baş vermə yeri, ölən və xəsarət alanlarla bağlı heç bir məlumat yoxdur.

Xəbər xətti