Yevlaxda avtomobil 54 yaşlı kişini vurub

23:24 - 20 May 2019 - HADİSƏ

Yevlaxda avtomobil 54 yaşlı kişini evinin qarşısında vurub.

Hadisə axşam saatlarında Yevlax şəhərində qeydə alınıb. "VAZ-2107" markalı avtomobil yerli sakin, 1965-ci il təvəllüdlü Maqsud Quliyevi yaşadığı evin önündə vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti