Ukrayna hökuməti istefaya gedib

21:17 - 20 May 2019 - DÜNYA

Ukraynanın baş naziri Vladimir Qroysman hökumətin istefa verdiyini bəyan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, hökumətin çərşənbə günü keçiriləcək iclasından sonra vəzifədən gedəcəyini bildirən baş nazir Ali Radaya (parlamentə) seçkilərdə namizəd olacağını qeyd edib.

“Gələcəkdə daha böyük işlər görəcəyimizə əminəm. Yeni parlamentdə silahdaşlarımızla birgə peşəkar komanda yaradıb dövlətə xidmət edəcəyik”, - V.Qroysman diqqətə çatdırıb.

Xəbər xətti