Oğuzda orta yaşlı qadın intihar edib

19:51 - 20 May 2019 - HADİSƏ

 Oğuz rayonunda intihar hadisəsi baş verib.

Hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, Təranə Şıxıyeva özünü yaşadığı evdə asaraq intihar edib. Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.
Onun ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır./report

 

Xəbər xətti