Məşhur futbolçu Bakıdan "Çelsi" azarkeşlərinə çağırış edib - VİDEO

18:20 - 20 May 2019 - Xəbər

Portuqaliya millisinin sabiq futbolçusu Deku Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı vaxtilə formasını geyindiyi İngiltərənin “Çelsi” komandasının azarkeşlərinə çağırış edib.

Bakıda səfərdə olan 42 yaşlı veteran yarımmüdafiəçi “Instagram” hesabı vasitəsi ilə fanatlara səslənib: “Salam, “Çelsi” azarkeşləri! Bakıdakı səhər yeməyimi bitirdim. Sizin hamınızı Bakıdakı böyük finalda görəcəyimi ümid edirəm. Əlbəttə ki, “Çelsi”nin qalib gəlməyini istəyirəm”.

"Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda digər London təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.

Qeyd edək ki, Braziliya əsilli veteran oyunçu 2008 – 2010-cu illərdə “Çelsi”də çıxış edib. O, Portuqaliyanın “Portu” və İspaniyanın “Barselona” komandasının üzvü olub. /report

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Waiting for the Chelsea fans in Baku! #TogetherToBaku

A post shared by Deco (@deco_official) on

Xəbər xətti