Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxunub

16:37 - 20 May 2019 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Orxan Rzaquliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
 

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə O.Rzaquliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, O.Rzaquliyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham edilib./report

Xəbər xətti