“AvtoVAZ” 32 min avtomobili geri çağırır

15:27 - 20 May 2019 - AVTO

“AvtoVAZ” 32 min 892 ədəd avtomobili geri çağırır. Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu 2017-ci ilin noyabr ayında istehsal edilən “Lada Largus” markalı maşınlara şamil edilir. Səbəb isə əyləc gücləndirici vakuum sistemində yarana biləcək nasazlıqdır. Çağırılmış avtomobilin əyləc gücləndirici vakuumun istehsal tarixi yoxlanılacaq və zərurət yarandığı halda əvəzlənəcək.

Bütün avtomobillər pulsuz təmir olunacaq.

 

Namiq

Xəbər xətti