Kürdəmirdə ata avtomobillə azyaşlı qızını vuraraq öldürüb

15:25 - 20 May 2019 - HADİSƏ

Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, Kürdəmir rayonunun Xırdapay kənd sakini N.Nərimanov evinin həyətindən “Mercedes” markalı avtomobillə çıxarkən darvazanın yaxınlığında dayanmış qızı, 2 yaşlı Zəhranı vurub. Nəticədə uşaq hadisə yerində ölüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./ona

 

Xəbər xətti