Paşinyan etirazçılara qoşuldu — VİDEO

13:20 - 20 May 2019 - Xəbər

Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları Yerevandakı məhkəmə binalarının girişini və çıxışını tutublar.

Aksiya iştirakçıları keçmiş prezident Köçəryanın azadlığa buraxılması barədə qərar qəbul edən Konstitusiya məhkəməsinin binası da mühasirəyə alınıb. Buna səbəb isə bir müddət əvvəl Paşinyanın vətəndaşlara müraciəti olub. Nikol ermənilərə müraciət edərək, məhkəmə binalarına giriş və çıxışları tutmağa səsləyib.

Artıq Paşinyan özü də aksiyaya qoşulub. O, Kentron v Nork-Maraş rayonlarındakı məhkəmə binasına yaxınlaşıb. Aksiya iştirakçıları onu şüarlarla qarşılayıblar.

“Mən nə demək istədiyimi saat 12:00-dakı çıxışımda deyəcək. Sizin simanızda çağırışıma qoşulanlara təşəkkür edirəm”, - deyə Paşinyan bildirib.

Aksiya iştirakçıları ilə bir neçə foto çəkdirən Paşinyan ərazini tərk edib./olke.az

Xəbər xətti