İsmayıllıda 70-ə yaxın kənd işıqsız qalıb

11:52 - 20 May 2019 - Xəbər

İsmayıllı rayonunda 70-ə yaxın kənd işıqsız qalıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Oxu.Az-a rayonun İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, kəskin külək və yağış səbəbindən elektrik təchizatına ciddi ziyan dəyib:

“Gecə saatlarından başlayan külək səbəbindən xüsusilə elektrik təchizatına ziyan dəyib. Naqillər sıradan çıxıb. Müraciətlər toplanır. Hazırda şəhər ərazisində elektrik enerjisinin verilişi bərpa olunsa da, 70-ə yaxın kənddə işıq yoxdur. Aidiyyəti qurumlar və əməkdaşlarımız ərazilərə yollanıb. Bu dəqiqə üçün külək azalıb, hər şey qaydasındadır”.

Xəbər xətti