161 sərnişinin olduğu təyyarə təcili eniş edib

11:04 - 20 May 2019 - Xəbər

Sinqapurun “Scoot” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Hindistanın Çennayi şəhərinə təcili eniş edib.

Ucnoqta.az “RİA Novostiyə” istinadən xəbər verir ki, göyərtəsində 161 sərnişinin olduğu “Scoot TR567” təyyarəsi Tiruçirappalli hava limanından qalxıb, bu barədə ANİ agentliyinə hava limanının nümayəndəsi məlumat verib.

Məlumata görə, təcili enişə səbəb göyərtədə baş verən tüstüləmə olub. İnsident nəticəsində xəsarət alan olmayıb. Aeroportun nümayəndəsi həmçinin bildirir ki, sərnişinlər mayın 20-si axşam saatlarında Sinqapura başqa təyyarə ilə yola salınması gözlənilir.

Tüstüləmə hansı səbəbdən baş verdiyi açıqlanmır.

Araşdırmalara aparılır.

Namiq

Xəbər xətti