Belarus Azərbaycana niyə xal vermədi?

10:26 - 20 May 2019 - Xəbər

Şənbə günü “Eurovision” mahnı müsabiqəsinin final gecəsində Belarusun Azərbaycana bal verməməsi müzakirələrə səbəb olub. 

Hər zaman yarışma nümayəndələrimizin çıxışını yüksək xalla qiymətləndirən ölkə bu dəfə Çingizə sıfır verib. Belarus münsifləri təkcə Azərbaycana yox, qonşu Rusiyaya da bal verməyib. 

Daha sonra məlum olub ki, jürilər Avropa Yayım Birliyinin (EBU) qaydalarını pozublar. Belə ki, onlar yarımfinallardan sonra bir çox mətbuat nümayəndəsinə açıqlama verərək bal verdikləri ölkələrinin adlarını deyiblər.

Final günü qayda pozan münsiflər heyətində dəyişiklik edilib, onların verdiyi ballar siyahıda ən az xal gələn ölkələr arasında bölüşdürülüb, ən yüksək 12 bal isə ev sahibi İsrailə göndərilib. EBU məlumatı təsdiq edib.

Nəticələr ləğv olunmamışdan qabaq isə Belarusun Rusiya, Azərbaycan, İtaliya, Çexiya və başqa ölkələri səs verdiyi məlum olub. Lakin pozulan qaydadan sonra ballar ləğv edilib./qafqazinfo


Xəbər xətti