“VAZ” körpüdən çaya düşdü: 5 ölü

07:31 - 20 May 2019 - HADİSƏ

Rusiyanın Sverdlovsk əyalətində avtomobilin körpüdən çaya aşması nəticəsində 5 nəfər ölüb.

Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident mayın 19-u saat 20.35 radələrində əyalətin Koptelovo qəsəbəsində qeydə alınıb.

Hadisə, “VAZ-21053” markalı maşının 1982-ci il təvəllüdlü sürücüsünün Rej çayı üzərindən olan körpüdən keçərkən nəqliyyat vasitəsinin idarəetməsinin itirməsi səbəbindən baş verib.

Qəza nəticəsində avtomobildə olan 2005-ci il təvəllüdlü yeniyetmə olmaqla 5 nəfər ölüb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

Xəbər xətti