Avtomobil piyadaların üzərinə sürüldü: 3 ölü, 20 yaralı

07:04 - 20 May 2019 - HADİSƏ

Kubada avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində 3 nəfər ölüb, 20 nəfər isə xəsrət alıb. Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident dəniz kənarı Malekon rayonunda qeydə alınıb, bu barəd ACN agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə mayın 19-u axşam saatlarında baş verib.

Yaralılar xəstəxanalara yerləşdirilib. Onlarda dördü cərrahiyyə əməliyyat olunub.

Bildirilir ki, xəsarət alanlardan 2 xarici ölkə vətəndaşıdır.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

 

Namiq

Xəbər xətti