"Eurovision"-2019-un qalibinin adı dəyişə bilər - QAYDA POZUNTUSU qeydə alınıb

21:48 - 19 May 2019 - MAQAZİN

"Eurovision"-2019-un qalibi Dunkan Lourens nəticəsi ləğv edilə bilər. 

Baku.ws gazeta.ru-ya istinadən xəbər verir ki, Lourens yarışmanın əsas qaydasını pozub. Yarışın şərtlərinə görə, iştirakçılar müsabiqədə yeni mahnı ilə çıxış etməlidirlər. Dunkan isə 2017-ci ildə Youtube-a yüklənmiş Arcade mahnısını ifa edib.

Məhz bu fakt onun birinciliyinin əlindən alınması ilə nəticələnə bilər.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev "Truth" mahnısı ilə 7 yeri tutdu. 

Xəbər xətti