Bakıda 22 yaşlı qadın 4 yaşlı övladı ilə birgə yoxa çıxdı

19:54 - 19 May 2019 - HADİSƏ

Bakıda ana azyaşlı qızı ilə birlikdə itkin düşüb.

Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Gəncə prospekti, 72 saylı ünvanda kirayədə yaşayan 1997-ci il təvəllüdlü Tağıyeva Qəmər İsi qızı və onunla birlikdə yaşayan qızı, 2015-ci il təvəllüdlü Tağıyeva Xədicə Elnur qızı mayın 16-da səhər saatlarında yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar.

Faktla bağlı araşdırma aparılır./Trend

Xəbər xətti