Misirdə ehramlar yaxınlığında partlayış: çox sayda yaralı var

17:46 - 19 May 2019 - Xəbər

Qahirədə turistləri daşıyan avtobusun yaxınlığında partlayış olub.

Bu barədə TASS məlumat yayıb. Bildirilir ki, partlayış nəticəsində avtobusun 14 sərnişini yaralanıb. Hələlik onların durumu barədə dəqiq məlumat yoxdur. Bəzi məlumatlara görə, partlayış Böyük Misir muzeyi və Cizə ehramı yaxınlığında partlayıcı qurğunun işə salınması nəticəsində baş verib.

Hazırda ərazidə polis əməkdaşları və xilasedicilər çalışır. /oxu.az

Xəbər xətti