Abşeronda "Land Rover" yanıb

13:00 - 19 May 2019 - HADİSƏ

Abşeron rayonunun Novxanı kəndində "Land Rover" markalı minik avtomobilinin yanar hissələri və ümumi sahəsi 10 m² olan talvarın taxta atmaları yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən ikimərtəbəli evin 2-ci mərtəbəsindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti