Çingiz Mustafayev: "İnstaqramda yazırlar ki, ..."

12:06 - 19 May 2019 - MAQAZİN

Ölkəmizi “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsində möhtəşəm perfomansı ilə təmsil edən Çingiz Mustafayev çıxışı ilə bağlı yarışmanın Azərbaycan üzrə şərhçisi Murad Arifin kamerasına tuş gəlib. Mustafayev gərginlik, stress və səsində yaranan problemlərdən danışıb və bəzi etiraflar edib: “İnstaqramda yazırlar ki, sən bizim üçün birincisən. Sizləri sevirəm. Əlimdən nə gəldi etdim. Nə edə bilərdiksə, hamısını etdik. Gərginlik, stress, səsimdə problem oldu, amma oxudum. Kifayət qədər yaxşı oxudum”./oxu.az

Xəbər xətti