Azərbaycana “Avroviziya – 2019”da maksimal və minimal xal verən ölkələr

Xəbər verdiyimiz kimi, İsrailin Tel-Əviv şəhərində keçirilən sayca 64-cü “Avroviziya-2019”-un qalibi 492 xalla Hollandiya təmsilçisi Dunkan Laurens oldu.

 Azərbaycana “Avroviziya – 2019” mahnı yarışmasında iştirak edən 41 ölkə bu cür səs verdi.

12 xal verən ölkə : Rusiya 

10 xal verən ölkələr : Rumıniya, Litva, Gürcüstan, Sloveniya 

8 xal verən ölkələr : Portuqaliya, Malta, Albaniya, Yunanıstan 

7 xal verən ölkələr : İspaniya, Böyük Britaniya, İtaliya, İrlandiya, İsrail 

6 xal verən ölkələr : Fransa, Latviya, Kipr, Moldova 

5 xal verən ölkələr : Estoniya, Norveç, Macarıstan, İsveç, Çex Respublikası 

4 xal verən ölkələr : Danimarka, Avstriya, San Marino, Şimali Makedoniya, İslandiya 

3 xal verən ölkə : Serbiya 

2 xal verən ölkələr : Finlandiya, Avstraliya, Polşa 

1 xal verən ölkə olmayıb

Ümümiyyətlə Azərbaycana səs verməyən ölkələr isə Ermənistan, Belarus, Niderland, Montenegro, Almaniya, Belçika, Xorvatiya, İsveçrə olub.

Qeyd edək ki, “Avroviziya-2019” mahnı müsabiqəsində ölkəmizi müğənni Çingiz Mustafayev “Truth” - “Həqiqət” mahnısı ilə təmsil etdi. Çingiz ölkələr arasında keçən, münsif heyətinin verdiyi səsvermədə 197 xal topladı, xarici ölkələrdən gələn sms nəticələrindən isə hesabına 100 səs əlavə olundu. Beləliklə, Çingiz müsabiqədə 297 xal toplayaraq 7 yerdə qərarlaşdı. /Oxu.az

Tarix
19 May 2019 [09:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-19 09:28:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin