Ərdoğanın yaşlı qadınla söhbəti izlənmə rekord qırdı – Video

18:16 - 18 May 2019 - Xəbər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yolda avtomobilini saxlayaraq yaşlı bir qadınla söhbət edib.

Qısa söhbətdə qadın və prezident qarşıdan gələn bələdiyyə seçkiləri haqda danışıb. Ərdoğanın “Kimə səs verəcəksən?” sualına qadın “Allah bilir” cavabını verib. Qadının “Hər halda sizinlə qarşılaşdığıma görə…” sözü isə Ərdoğanı güldürüb.

Prezident səmimi söhbətin sonunda yaşlı qadının əlini öpüb.
Hadisənin görüntüsü sosial şəbəkədə izləmə rekordu qırıb./telegraf.com

Xəbər xətti