Göygöldə 30 yaşlı qadın üçüncü mərtəbədən yıxılıb

20:08 - 17 May 2019 - HADİSƏ

Göygöl rayonunda 30 yaşlı qadın üçüncü mərtəbədən yıxılıb.

Hadisə rayonun Yeni Qızılca kəndi ərazisində yerləşən dəlixanada baş verib.  Belə ki, həmin müəssisədə müalicə alan 1989-cu il təvəllüdlü A.P. binanın üçüncü mərtəbəsindən yıxılıb. Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Qadının intihara cəhd göstərdiyi də ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti