ABŞ-ın Florida ştatında alliqator hərbi aviabazanın ərazisinə daxil olub. Trend-in məlumatına görə, hadisə ilə əlaqədar bazanın uçuş-eniş zolağı bir müddət bağlı qalıb. Daha sonra alliqator ekskavator vasitəsilə qaldırılaraq yaxınlıqdakı su hövzəsinə yerləşdirilib. Alliqator uzaqlaşdırıldıqdan sonra aviabaza işini bərpa edib.