Prezident iki rayonun icra başçısı ilə bağlı sərəncam imzaladı- (Yenilənib)

15:06 - 17 May 2019 - Xəbər

Prezident İlham Əliyev Siraqəddin Cabbarovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısı eyni zamanda Siraqəddin Nəcəf oğlu Cabbarovun Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Digər sərəncamlarla Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xəbər xətti