Samir Şərifov: “907-ci düzəliş aradan qaldırılsa, münasibətlər daha da inkişaf edər”

Bakıda Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının 4-cü iclası işə başlayıb.

Tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov sonuncu iclasında 7 il bundan əvvəl keçirildiyini xatırladıb. “İnanıram ki, bundan sonra bu cür tədbirlər mütəmadi keçiriləcək”, - nazir qeyd edib.

S.Şərifovun sözlərinə görə, bu günə qədər ABŞ Azərbaycana 13,6 mlrd. dollar, Azərbaycan isə ABŞ-a 8,2 mlrd. dollar investisiya qoyub. Ötən il ABŞ-ın Azərbaycana ixracının dəyəri 530 mln. dollar, Azərbaycanın ABŞ-a ixracının dəyəri isə 330 mln. dollar təşkil edib.

“Bu rəqəmlər daha yüksək ola bilərdi. İki ölkə arasında əməkdaşlıq genişləndirilməlidir. Azərbaycan ABŞ-ın Qafqaz regionunda ən böyük tərəfdaşıdır. Xəzər dənizindəki neft-qaz yataqlarının işlənilməsi və karbohidrogen ehtiyatlarının dünya bazarına nəqlində ABŞ Azərbaycana hər zaman dəstək olub. Bu gün ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində verdiyi dəstək əvəz olunmazdır. Bununla belə, iki ölkənin siyasi və iqtisadi əlaqələrinə kölgə salan məsələlər də mövcuddur. Məsələn, 907-ci düzəliş aradan qaldırılsa, Azərbaycan-ABŞ münasibətləri daha da inkişaf edər. Buna və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyinə ümid edirik”, - nazir qeyd edib. /report

Tarix
17 May 2019 [11:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-17 11:41:30
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin