Naxçıvanda ər-arvadın olduğu avtomobil su anbarına düşüb, hər ikisi boğulub

10:19 - 17 May 2019 - HADİSƏ

Naxçıvanda ər-arvadın olduğu avtomobilin suya düşməsi nəticəsində onların hər ikisi ölüb.

Şahbuz rayonunda 46 yaşlı Həsən Abbasovun idarə etdiyi “Saipa” markalı maşın idarəetmədən çıxaraq Vayxır su anbarına düşüb.

Sürücü və maşında olan həyat yoldaşı 43 yaşlı Ruhiyyə Abbasova suda boğularaq ölüb.
Onların meyiti sudan çıxarılıb./report

Xəbər xətti