Çingiz Mustafayev "Eurovision-2019"un finalına vəsiqə qazanıb

08:00 - 17 May 2019 - MAQAZİN

Azərbaycanın Tel-Əvivdə (İsrail) keçirilən "Eurovision-2019" mahnı müsabiqəsində təmsil edən Çingiz Mustafayev yarışın final mərhələsinə vəsiqə qazanıb. Ç.Mustafayev ikinci yarımfinal mərhələsində 18 nömrə altında "Truth" mahnısını ifa edib. Finala vəsiqə qazanan 10 ölkə arasında Azərbaycanla yanaşı Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə, Malta və Şimali Makedoniyanın da adı var. Ermənistan təmsilçisi finala vəsiqə qazana bilməyib. Report

Xəbər xətti