“Zirə" 9 futbolçusu ilə yollarını ayırıb

22:08 - 16 May 2019 - İDMAN

“Zirə" 9 futbolçusu ilə yollarını ayırıb. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bilidirilib ki, Kamal Bayramov, Sadiq Quliyev, Pərdis Fərcad-Azad, Budaq Nəsirov, Miloş Radivoyeviç, Aleksandr Dedov, Sadio Tounkara, İsmael Fofana və Dilan Duventru ilə başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, "Zirə" Premyer Liqamızda başa çatan mövsümü 31 xalla 5-ci pillədə tamamlayıb./qol.az

Xəbər xətti