"Qalatasaray" 18-ci dəfə Türkiyə kubokonu qazanıb

07:03 - 16 May 2019 - İDMAN

 

"Qalatasaray" futbol klubu Türkiyə kubokunun finalında "Akhisar Bələdiyyəspor" komandası ilə qarşılaşıb. Trend-in məlumatına görə, Sivas şəhərində keçirilən oyunda "Qalatasaray" 3:1 hesabı ilə qalib gəlib. Beləliklə, o, 18-ci dəfə Türkiyə kubokunun sahibi olub. Qeyd edək ki, 2017/18 mövsümündə "Akhisar Bələdiyyəspor" tarixində ilk dəfə Türkiyə kubokunu qazanmışdı.

Xəbər xətti