Əcnəbilər üçün viza blankının doldurulması qaydasına dəyişiklik olunub

03:39 - 16 May 2019 - Xəbər

Nazirlər Kabineti “Viza blankının doldurulması Qaydası”nın, “Viza almaq üçün ərizə-anket”in nümunəsinin və “Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti”nin nümunəsinin təsdiq edilməsi haqqında” 2014-cü il 19 mart tarixli qərarda dəyişiklik edib. "Report" xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən 2 nömrəli əlavə - “Viza almaq üçün ərizə-anket”in 26-cı bəndi - ictimai təhlükə yarada biləcək infeksiyalı xəstəliyə yoluxub-yoluxmamaqla bağlı sorğu ləğv edilib.

Xəbər xətti