“Eurovision” başladı- 10 finalçı məlum oldu

01:13 - 15 May 2019 - MAQAZİN

64-cü “Eurovision” mahnı müsabiqəsi start götürüb.

Bu axşam layihənin birinci yarımfinalında 17 ölkə təmsilçisi Təl-Əviv Expo Mərkəzinin səhnəsində çıxış edəcək.
Onlar Kipr, Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estonya, Portuqaliya, Yunanıstan və San Marionodur.

Finala vəsiqə qazanan 10 ölkə olub: Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San Marino və Sloveniya. 

Qeyd edək ki, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya və ev sahibi İsrail təmsilçiləri birbaşa finalda iştirak edəcəklər. 

/qafqazinfo

Xəbər xətti