Başına “təcili yardım”lar dolanan tibb bacısı öldü - VİDEO

Bu gün "28 May” metrostansiyası yaxınlığında "Mercedes” markalı maşınla vurulan, 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızının bir müddət əvvəl sosial şəbəkələrdə Təcili Tibbi Yardım Xidmətinə məxsus maşınların musiqi sədası altında başına dövr etdiyi xanım olub.

Qeyd edək ki, həmin görüntülər Bakının Suraxanı rayonu ərazisində 22 saylı Təcili Yardım Stansiyasıın həyətində lentə alınıb. Həmin görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra, Səhiyyə Nazirliyi tərəfindən araşdırma aparılıb.

Araşdırmaların nəticəsi olaraq təcili yardım avtomobillərinin sürücüləri və videodakı tibb bacısı işdən çıxarılıblar. İşdən çıxarılan F. Nəzərova bu yaxınlarda özəl klinikaların birində işə düzəlibmiş.

​Qeyd edək ki, baş verən qəza nəticəsində Nəzərova Firəngiz Eldar qızı həlak olub. /ONA

Tarix
14 May 2019 [22:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-14 22:00:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin