Güclü zəlzələ oldu, sunami XƏBƏRDARLIĞI

21:50 - 14 May 2019 - Xəbər

Papua-Yeni Qvineyada sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

 ABŞ-ın Okean və Atmosfer Tədqiqatları Milli İdarəsi yanında mərkəz ada sahillərində baş vermiş 7,7 bal gücündə zəlzələdən sonra belə bir xəbərdarlıqla çıxış edib.

Qeyd edək ki, bu gün Papua-Yeni Qvineyada təxminən 20 min əhalisi olan Kokopo şəhərindən 28 km məsafədə, 10 km dərinlikdə yeraltı təkanlar qeydə alınıb.

Dağıntılar və insan tələfatı barədə hələlik məlumat daxil olmayıb./trend

Xəbər xətti