Baş ağrısına səbəb olan ƏRZAQLAR

21:43 - 14 May 2019 - DİGƏR

Miqren müxtəlif səbəblər nəticəsində meydana gələ bilər.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, miqren hücumlarının bir çox səbəbləri istifadə etdiyiniz məhsullarla bağlıdır. Dietoloq Sezen Çetinkaya mövzuyla əlaqədar məlumat verib.

O, bildirib ki, ərzaqların tərkibindəki qatqı maddələri sinir yollarına təsir edərək ağrı yaradır. Miqren xəstələri üzərində aparılan bir çox araşdırmada məlum olub ki, şokolad, pendir, spirt və stress kimi amillər baş ağrısını yaradan əsas səbəbləridir.

Tiramin, histamin və feniletilamin, monosodyum qlutamat, nitrat, nitrit, spirtli içkilər və kofein baş ağrısına səbəb olan maddələrdir.

Xəbər xətti