Rəşid Behbudov küçəsindən keçən su-kanalizasiya sistemində baş verən nasazlıqla əlaqədar olaraq yolun hərəkət hissəsində çətinliklər yaranıb.
BNA-dan verilən məlumata görə, bu səbəbdən də hazırda Rəşid Behbudov küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Hərəkətin intensivliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Svetoforlarda yaşıl dalğa tətbiq edilib.