“Utair” aviaşirkətinə məxsus “Boeing 737-800” sərnişin təyyarəsinin şassisində yaranmış nasazlığa görə “Vnukovo” hava limanına qayıdıb.
Ucnoqta.az xəbər verir ki, layner göyərtəsində 109 sərnişinlə Moskva-Milan reysi həyata keçirirmiş.
Aviaşirkət rəsmisi “RİA Novosti”yə bildirib ki, “Boeing 737-800” “Vnukovo”dan qalxdıqdan sonra şassisində texniki nasazlıq yaranıb və komandir təhlükəsizlik üçün uçuşu dayandıraraq geri qayıdıb.
“İnterfaksa”ın hava limanındakı mənbəsi bildirilib ki, təyyarə “Vnukovo” təhlükəsiz eniş edib.
Xəsarət alan yoxdur.
Namiq