“Avroviziya”da terror təhlükəsi

15:16 - 14 May 2019 - Xəbər

ABŞ-ın İsraildəki səfirliyi öz rəsmi saytında Təl-Əvivdə “Avroviziya” mahnı müsabiqəsi vaxtı terror hücumlarının baş verə biləcəyi ilə bağlı xəbərdarlıq yayıb.

ABŞ-ın diplomatik missiyası həmvətənlərinə nümayişlərin keçiriləcəyi yerlərdən uzaq durmağı tövsiyə edib. Belə ki, mahnı müsabiqəsi zamanı həm də ABŞ-ın öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsinin ildönümü ilə bağlı tədbirlər keçiriləcək.

Bəyanatın mətninə əsasən, potensial insidentlər başlıca olaraq Qəzza zolağı ətrafında olan İsrail şəhərlərində, həmçinin, Təl-Əvivdə gözlənilir. Buna əsas kimi, may ayının əvvəlində Aşod, Aşkelon və digər şəhərlərin, mart ayında isə İsrailin mərkəzi bölgəsinə edilən raket hücumları göstərilir./Oxu.az

Xəbər xətti