Himalayda 300 vəhşi yak məhv olub. Qar çoxluğundan yemək tapa bilməyən öküz növünün nümayəndələri kütləvi şəkildə qırılıb. 4500 metr hündürlükdə yaklar həyat mübarizəsində məğlub olublar. Hamısının qırılmaması haqda məlumat verilir. O zonada daha 40-50 yak qalıb.
Hindistan hökuməti məsələyə biganə deyil. Hadisə yerinə xilasedicilər göndərilib. Qanqtokado şəhər rəhbərliyi yerdə qalan yakların xilası üçün çalışır. Buradan həmin yerə gedib çıxmaq da asan deyil. Təxminən 5 saat maşınla, 3 saat piyada getmək lazım gəlir.
Məmurlardan Rac Kumar Yadav deyir ki, heyvanlara vertolyotla qida çatdırmağa çalışsalar da, sərt hava şəraiti üzündən alınmayıb. Hər gün Himalayda 10-15 yak acından ölür. (Bizimyol.info)