Bakı-Şamaxı yolunda QƏZA: betondaşıyan maşın "VAZ"la toqquşdu - FOTO

10:51 - 14 May 2019 - HADİSƏ

Ötən gecə Bakı-Şamaxı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

10-JZ-247 dövlət nömrəli "Ford" markalı betondaşıyan maşın, 19-BJ-083 dövlət nömrəli "VAZ-2106" markalı avtomobili ilə toqquşub. Qəzada xəsarət alan olmasa da, "VAZ"a ciddi ziyan dəyib.

Hadisə şahidlərinin bildirdiyinə görə, "VAZ" nasaz olduğundan, sahibi onu yolun şəhər istiqamətində saxlayaraq tərk edib. Betondaşıyan yük maşınının sürücüsü həmin yol ilə hərəkət edərkən "VAZ"ı görməyib və nəticədə qəza baş verib. /trend


Xəbər xətti