Qaret Beylə Çin çempionatına keçə bilər

09:21 - 14 May 2019 - İDMAN

“Real Madrid”in hücumçusu Qaret Beylə Çin çempionatına keçə bilər.

Ucnoqta.az "Sovetskiy sport" portalına istinadən xəbər verir ki, Çin klubu forvarda görə “Real”a 120 milyon avro təklif edib. Hücumçunun maaşı isə 30 milyon avro təşkil edəcək.

Bu barədə “Don Balon” məlumat yayıb.

Qeyd edək ki, “Real” oyunçunu mövsümün sonunda satmağı planlaşdırır. Səbəb isə baş məşqçi Zinəddin Zidanın ona ümid etməməsidir.

Bildirək ki, “Mançester Yunayted” və “Tottenhem” klubları Beylə görə təklif etdikləri 80 milyon avronun məbləğini artırmayıblar.

 

Namiq

Xəbər xətti