Bu gündən 72-ci Kann Festivalına start verilir

08:45 - 14 May 2019 - Mədəniyyət

Bu gün Fransanda 72-ci Kann Festivalı başlayır. ONA-nın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, ənənəvi festival mayın 25-dək davam edəcək. Bu müddət ərzində festivalda müxtəlif nominasiyalar üzrə 21 tammetrajlı film nümayiş ediləcək. Onlardan 12-si Avropa, 4-ü Şimali Amerika, 3-ü Asiya, 2-si isə müvafiq olaraq Latın Amerikası və Afrika filmləri olacaq. Xatırladaq ki, Kann festivalı ilk dəfə 1946-cı ildə keçirilib.

Xəbər xətti