Tovuzda avtomobil ağaca çırpıldı — Ölən var

19:14 - 13 May 2019 - HADİSƏ

Tovuz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Mayın 13-də saat 2 radələrində Tovuz şəhərinin ərazisində F.Quliyev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Nəticədə avtomaşın yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı F.Quliyevin sərnişini, Tovuz şəhər sakini Samir Musayev ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayın.

Faktla bağlı Tovuz RPŞ tərəfindən araşdırma aparılır./olke.az

 

Xəbər xətti