Bakıdakı Avropa Liqasının final matçının hakimləri Açıqlanıb

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final qarşılaşmasının hakimləri açıqlanıb. 

 İngiltərənin "Arsenal" və "Çelsi" komandalarının oyunu italiyalı hakimlər briqadasına həvalə olunub. FIFA referisi Canluka Rokkiyə yan xətt hakimləri qismində Filippo Meli və Lorenzo Manqanelli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Daniele Orsato yerinə yetirəcək.

Həlledici görüşdə əsas video-köməkçi Hakim (VAR) italiyalı Massimiliano İrrati olacaq. Ona bu işdə həmyerlisi Marko Quida və Polşadan olan Şimon Marçinyak yardımçı olacaq. VAR-da oyundan kənar vəziyyətə isə polşalı Pavel Sokolniçki baxacaq. 

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Qarşılaşma saat 23:00-da başlayacaq./report

Tarix
13 May 2019 [16:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-05-13 16:42:53
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin