Zaqatalada avtomobil körpüdən çaya aşıb

14:58 - 13 May 2019 - HADİSƏ

Zaqatala rayonunda “VAZ” markalı minik avtomobili körpüdən çaya aşıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti