Şəmkirdə oğlan sevdiyi qızı bıçaqladı

14:15 - 13 May 2019 - HADİSƏ

Şəmkirdə oğlan sevdiyi qızı bıçaqlayıb.

Rayon sakini İ.S. bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə, Şəmkirdəki marketlərin birində işləyən qız onu istəyən oğlan tərəfindən bıçaqlanıb. Səbəb isə qızın ona verilməməsi olub.

Cinayəti törədən şəxs artıq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır./qafqazinfo

Xəbər xətti