İşçiləri daşıyan yük maşını aşdı: 12 ölü, 11 yaralı

07:26 - 13 May 2019 - HADİSƏ

Çinin Zhejiang əyalətində kənd təsərrüfatı işçilərini daşıyan yük maşınının aşması nəticəsində 12 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.

Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Venilin şəhərinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, ölənlərdən 8 hadisə yerində, 4-ü isə xəstəxanada keçinib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Namiq

Xəbər xətti